Bakı. 17 avqust. REPORT.AZ/ Son iki gündə Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində Samur çayı üzərində yerləşən körpünün Rusiya hissəsində xeyli sayda avtomobil yığılıb və tıxac yaranıb.
Hazırda problem aradan qaldırıldığı və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edildiyi deyilir.