Dövlət Dəniz Administrasiyasının rəisi beynəlxalq tədbirdə iştirak edəcək

Dövlət Dəniz Administrasiyasının rəisi beynəlxalq tədbirdə iştirak edəcək Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-dən dekabrın 6-dək Beynəlxalq Dəniz Təşkilatının 30-cu Assambleyasının sessiyasında iştirak edəcək.
İnfrastruktur
24 Noyabr , 2017 19:19
Dövlət Dəniz Administrasiyasının rəisi beynəlxalq tədbirdə iştirak edəcək
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov / Ardda.gov.az

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-dən dekabrın 6-dək Beynəlxalq Dəniz Təşkilatının 30-cu Assambleyasının sessiyasında iştirak edəcək.

“Report” bu barədə Administrasiyaya istinadən xəbər verir.

Assambleya Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən mənzil - qərargahında keçiriləcək. İclasda Assambleyanın prezidentinin və vitse-prezidentlərinin seçilməsi, etimadnamə komitəsinin və digər komitələrin yaradılması, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017-ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Eyni zamanda iclasda dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017-ci ilin 28 may - 6 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının nəticələri ilə bağlı hesabatın dinlənilməsi, bununla yanaşı, 2017-ci ildə keçirilən digər audit yoxlamaların nəticələrinə dair məlumatların verilməsi, BMT-nin nüfuzlu orqani olan Beynəlxalq Dəniz Təşkilatına üzv olan 172 dövlətin hesabatının dinlənilməsi nəzərdə tutulur.

Həmçinin Beynəlxalq Dəniz Təşkilatının təlim - tədris mərkəzlərinin hesabatlarının dinlənilməsi, 2016 və 2017-ci illərdə qeyd edilən “Beynəlxalq Dənizçi Günü” ilə əlaqədar hesabatların verilməsi, 2017-ci ildə dənizdə xüsusi cəsarətə görə fərqlənmiş dənizçiyə “Dənizdə Xüsusi Cəsarətə görə” Beynəlxalq Dəniz Təşkilatının Mükafatının təqdim edilməsi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi