Dövlət Dəniz Administrasiyası "elektron xidmət növləri siyahısı"ndan çıxarılıb

Dövlət Dəniz Administrasiyası "elektron xidmət növləri siyahısı"ndan çıxarılıb Nazirlər Kabineti bu barədə qərar qəbul edib
İnfrastruktur
25 Avqust , 2016 00:46
Dövlət Dəniz Administrasiyası elektron xidmət növləri siyahısından çıxarılıb

Bakı. 25 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

"Report" xəbər verir ki, qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Bildirilir ki, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 3.1.15-ci yarımbəndindən “qiymətli kağızlar,” sözləri çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 19-cu hissəsi ləğv edilsin.

Son xəbərlər

Orphus sistemi