Dövlət Avtomobil Nəqliyyatı Xidməti tender keçirir

Dövlət Avtomobil Nəqliyyatı Xidməti tender keçirir Tenderdə iştirak haqqı 50 manatdır
İnfrastruktur
27 Yanvar , 2017 09:40
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tender keçirir

Bakı. 27 yanvar.REPORT.AZ/ Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2017-ci ildə xarici ölkələrin yükdaşıyıcıları üçün "İcazə" blankları, NNAK kitabçaları, "kvota" icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün "Fərqlənmə nişanları", "Xüsusi fərqlənmə nişanlarının" və sair çap işlərinin satınalınması məqsədilə açıq tender keçirir.

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, tenderdə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri martın 1-nə qədər, tender təklifini və onun bank təminatını isə martın 10-na qədər DANX-ya (Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanına) təqdim etməlidirlər.

Təkliflərə martın 13-ü, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq vəkaləti təqdim etməklə tender prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi