Yuxarı

Dövlət Avtomobil Nəqliyyatı Xidməti onlayn rejimə keçdi

Dövlət Avtomobil Nəqliyyatı Xidməti onlayn rejimə keçdi

Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatının (DANX), onun tabeli və yerli qurumlarının əməkdaşlarının iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə onlayn rejimdə iclas və müşavirələrin, audio və videokonfrans formatında keçirilməsinə başlanılıb.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ölkə ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi tabeli qurumları, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatı və 11 regional bölməsi mövcuddur.

Vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər də zərurət olduğu təqdirdə onlayn rejimdə işə cəlb olunacaq. Bu məqsədlə bütün əməkdaşların fərdi kompüter və mobil telefonlarına distant müzakirələrə icazə verən müvafiq proqram təminatı əlavə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi