Yuxarı

Həştərxan ilə Bakı arasında 4 illik fasilədən sonra birbaşa aviareys açılacaq

Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında 2019-cu ilin yazında birbaşa reys açılacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında 2019-cu ilin yazında birbaşa reys açılacaq.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi münasibətləri üzrə naziri vəzifəsini icra edən Denis Afanasyev bildirib.

O qeyd edib ki, Azərbaycan Hava Yolları (AZAL) dörd illik fasilədən sonra yenidən Həştərxana reys həyata keçirəcək: “Belə ki, reyslərin həftədə iki dəfə həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə uçuşlar 1 saat 30 dəqiqə və 1 saat 15 dəqiqə çəkir. Hazırda texniki məsələlər ilə yanaşı, marketinq siyasəti ilə bağlı müzakirələr aparılır.

D.Afanasyev bildirib ki, “Turkish Airlines” Həştərxan hava limanını tərk edib: “Bu mənada Bakı hava limanı Şərqlə Qərb arasında kəsişmə nöqtəsi ola bilər”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi