Dənizçilərə yubiley medalı təqdim olunub

Dənizçilərə yubiley medalı təqdim olunub Bakı. 11 fevral. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevin sərəncamına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülən əməkdaşlara medallar təqdim olunub.
İnfrastruktur
11 Fevral , 2019 18:51
Dənizçilərə yubiley medalı təqdim olunub

Bakı. 11 fevral. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevin sərəncamına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülən əməkdaşlara medallar təqdim olunub.

QSC-dən "Report"a verilən məlumata görə, təqdimetmə mərasimində ASCO sədrinin birinci müavini Mübariz Cabbarov ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.

O, mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yubiley medalına layiq görülənlər, öz növbəsində, əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə söz veriblər.

Son xəbərlər

Orphus sistemi