Yuxarı
    Bağlamaq

    ​"Dəmirbank" tender elan edib

    Bank təhlükəsizlik üzrə yeni avadanlıq alacaq

    Bakı. 27 aprel. REPORT.AZ/ “Dəmirbank” ASC 2016-cı ildə bir sıra malların alınması və xidmətlərin göstərilməsi üzrə təkliflər sorğusu elan edib.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, tender dəftərxana ləvazimatının alınması, mətbəə materiallarının çap edilməsi, təsərrüfat mallarının alınması, UPS qurğularının servisi, poliqrafiya işləri, reklam konstruksiyaları, media monitorinq, nəqliyyat vasitələrinin təmiri, poçt xidmətləri, təhlükəsizlik üzrə avadanlıq, ATM-lərə əbunə xidməti ilə əlaqədardır.

    Müsabiqə 11 lot üzrə keçirilir:

    Lot-1: Dəftərxana ləvazimatının satın alınması – əlaqələndirici şəxs Eldəniz Qasımlı;
    Lot-2: Mətbəə materiallarının çap edilməsi – əlaqələndirici şəxs Eldəniz Qasımlı;
    Lot-3: Təsərrüfat mallarının satın alınması – əlaqələndirici şəxs Eldəniz Qasımlı;
    Lot-4: UPS qurğularının servisi – əlaqələndirici şəxs Eldəniz Qasımlı;
    Lot-5: Poliqrafiya işləri – əlaqələndirici şəxs Tofiq Ağayev;
    Lot-6: Reklam konstruksiyaları – əlaqələndirici şəxs Tofiq Ağayev;
    Lot-7: Media monitorinq - əlaqələndirici şəxs Tofiq Ağayev;
    Lot-8: Nəqliyyat vasitələrinin təmiri – əlaqələndirici şəxs Niyazi Sadıqov;
    Lot-9: Poçt xidmətləri - əlaqələndirici şəxs Nəzrin Rəhmanova;
    Lot-10: Təhlükəsizlik üzrə avadanlıq – əlaqələndirici şəxs Eldəniz Süleyman Banayev;
    Lot-11: ATM-lərə abunə xidməti – əlaqələndirici şəxs Samir Nəsiboz.

    Sorğu iştirakçıları hər bir lot üzrə əsas şərtlər toplusunu, alınacaq malların və görüləcək işlərin siyahısını və illik həcmini Bankın baş ofisindən və ya veb-saytından götürə bilərlər.

    Bütün lotlar üzrə təkliflər və sənədlər toplusu mayın 6-dək təqdim edilməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi