Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının baş direktorlar konfransının 33-cü iclası keçirilib

Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının baş direktorlar konfransının 33-cü iclası keçirilib Bakı. 20 aprel. REPORT.AZ/ Vyetnamın Dananq şəhərində Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) baş direktorlar (məsul nümayəndələri) konfransının 33-cü iclası keçirilib.
İnfrastruktur
20 Aprel , 2018 09:57
Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının baş direktorlar konfransının 33-cü iclası keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Vyetnamın Dananq şəhərində Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) baş direktorlar (məsul nümayəndələri) konfransının 33-cü iclası keçirilib. 

Bu barədə "Report"a Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Məlumata görə, Azərbaycanın iclasda qurumun hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

İştirakçılar yük və sərnişin daşımalarını, infrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyalarının fəaliyyətinin nəticələrini, eləcə də təşkilatın daimi İşçi qruplarının 2017-ci il ərzində gördükləri işləri müzakirə ediblər. Qarşılıqlı hesablaşmalar üzrə gedişat, dəmir yolları arasında borcların ödənilməsi mexanizmi və birbaşa dəmir yolu bağlantısına dair konvensiyanın layihə mətninin qəbul edilməsi haqqında Beynəlxalq Konfransın gedişatı haqqında məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. İclas zamanı Cənubi Koreyanın DYƏT-ə üzv kimi qəbul edilməsi məsələsi də nəzərdən keçirilib. Həmçinin, cari və 2019-cu il üçün büdcə, DYƏT-ın 2017-ci il üzrə fəaliyyəti, təşkilatın cari və gələcək illərdəki fəaliyyət proqramı müzakirə edilib. DYƏT-ın Komitə rəhbərliyində, sədrlər və işçi orqanların mütəxəssisləri arasında vəzifələrin bölüşdürülməsi razılaşdırılıb.

Baş direktorlar konfransının növbəti 34-cü iclasının ilkin gündəliyi və keçirilmə yeri təsdiqlənib. İclas 2019-cu il aprelin 8-12-də Koreyada keçiriləcək.

Plenar iclasın yekunlarına dair müvafiq protokol imzalanıb.

Baş direktorlar konfransında qəbul edilən bütün qərarlar Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə və DYƏT-ə üzv və müşahidəçi dövlətlərin dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətinin artırılmasına köməklik etməlidir.

Son xəbərlər

Orphus sistemi