Dəliməmmədli-Kürəkçay dəmir yolunun əsaslı təmirinə başlanılıb

Dəliməmmədli-Kürəkçay dəmir yolunun əsaslı təmirinə başlanılıb Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur
İnfrastruktur
24 May , 2016 11:45
Dəliməmmədli-Kürəkçay dəmir yolunun əsaslı təmirinə başlanılıb

Bakı. 24 may. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin məlumatına görə, mayın 25-də Dəliməmmədli-Kürəkçay mənzilində 6,8 km yolun əsaslı təmirinə start verilib.

Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir.  MMC-nin direktoru Xəqani Kazımovun verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, ötən il aprelin 14-də "Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci il oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 100 km-dən artıq dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi