Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması mümkün olacaq

Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması mümkün olacaq Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarına növbəti dəyişiklik edilib
İnfrastruktur
14 Noyabr , 2017 07:07
Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması mümkün olacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarına növbəti dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə sənədi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Dəyişikliyə görə, daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə (o cümlədən xarici ölkənin ərazisindən keçməklə) daşınması mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi