Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül və Qobustan qəsəbələrində də göstəriləcək

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül və Qobustan qəsəbələrində də göstəriləcək Bakı. 7 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar formada daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini göstərən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” sosial aksiyası növbəti dəfə Abşeron rayonu, Pirəkəşkül və Qobustan qəsəbələrinin sakinləri üçün keçiriləcək.
İnfrastruktur
7 Sentyabr , 2018 12:22
Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül və Qobustan qəsəbələrində də göstəriləcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar formada daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini göstərən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” sosial aksiyası növbəti dəfə Abşeron rayonu, Pirəkəşkül və Qobustan qəsəbələrinin sakinləri üçün keçiriləcək. 

"Report" komitəyə istinadən xəbər verir ki, təşkil olunacaq kampaniyanın mobil ofisləri Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi 1 (Qobustan İcra Nümayəndəliyinin yanında) ünvanında fəaliyyət göstərəcək. Qəsəbə sakinləri 10-14 sentyabr tarixlərində saat 09:00-dan 17:00-dək fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı operativ qeydiyyat xidmətləri üçün müraciət edə bilərlər.

Vətəndaşa yönəlik sosial kampaniyaların reallaşmasıhər kəsin qanunvericiliyə uyğun olaraq mülkiyyət hüquqlarından daha geniş və rahat şəkildə yararlanmasını təmin edir.Əlçatanlıq və məmnunluq prinsplərinə əsaslanan daşınmaz əmlakın bütün qeydiyyat xidmətləri vətəndaşların olduğu məkanda göstərilir.

Məlumat üçün bildirək ki, bu kampaniya başladığı vaxtdan Abşeron rayonu üzrə 8 qəsəbənin (Ceyranbatan, Saray, Məmmədli, Digah və digərləri) sakinlərini səyyar şəkildə yüksək keyfiyyətli xidmətlərlə təmin edib. Sosial əhəmiyyətli layihə çərçivəsində 650-ə yaxın vətəndaş müraciətinin qəbul edilməsinə nail olunub. Hər bir müraciətə komitə əməkdaşları tərəfindən həssaslıqla yanaşılıb, sakinlərə qanunvericiliyə uyğun olaraq xidmətlər göstərilib.

Qeyd edək ki, hazırda kampaniya Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi 1 (qəsəbə icra nümayəndəliyinin qarşısı) ünvanında fəaliyyət göstərir. Sakinlər mobil ofislərə yaxınlaşaraq daşınmaz əmlakla bağlı xidmətlərdən yararlana bilərlər.

Son xəbərlər

Orphus sistemi