Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ötən ili zərərlə başa vurub

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ötən ili zərərlə başa vurub Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ötən ili 48 min manat zərərlə başa vurub.
İnfrastruktur
7 İyun , 2019 15:43
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ötən ili zərərlə başa vurub
Report.az

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ötən ili 48 min manat zərərlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, 2018-ci ildə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 676 min manat gəlir əldə edib. Bunun 675 min manatı qeyri-birja əməliyyatlarından, 1 min manatı isə sair əməliyyatlardan gələn gəlirlərdir. Birja əməliyyatlarından gəlir olmayıb.

Hesabat dövründə qurumun xərcləri isə 724 min manat, o cümlədən əməkhaqqı və dövlət sosial sığorta haqqı üzrə xərcləri 492 min manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri 20 min manat, amortizasiya xərcləri 77 min manat, sair əməliyyat xərcləri isə 135 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi