Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə "Azərkosmos" arasında əməkdaşlıq sazişi imzalanıb

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə "Azərkosmos" arasında əməkdaşlıq sazişi imzalanıb Sənəd Kosmik Məsafədən Müşahidə peyk xidmətləri sahəsində əməkdaşlığı nəzərdə tutur
İnfrastruktur
21 Fevral , 2017 11:27
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə Azərkosmos arasında əməkdaşlıq sazişi imzalanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda torpaqların elektron uçotu və kadastr sisteminin qurulması sahəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə əməkdaşlığa başlayıb.

"Report" xəbər verir ki, ƏMDK-nın bu gün keçirdiyi “Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında kosmik müşahidə peyk xidmətlərindən istifadə” edilməsi ilə bağlı ictimai təqdimat çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Anlaşma memorandumu ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərkosmos” ASC arasında Kosmik Məsafədən Müşahidə peyk xidmətləri sahəsində əməkdaşlığa dair imzalanıb.

Memoranduma əsasən, iki qurum arasında əməkdaşlıq torpaqların elektron kadastr uçotu məlumatlarının, habelə torpaq sahələrinin və yaşayış məntəqələrinin Elektron Kadastr Məlumat bazasının periodik yenilənməsi üçün ortofoto planların hazırlanması, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi sahələrini əhatə edəcək. Eləcə də, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi üzrə monitorinqlərin aparılması, torpaq ehtiyatlarının mühafizəsi, torpaqların eroziyasının və səhralaşmanın analizi (spektral analizlər) məqsədi ilə kosmik təsvirlərdən istifadə olunacaq.

Qeyd edək ki, memorandumun imzalanması çərçivəsində Komitə yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev və “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev hər iki təşkilatda torpaq fondunun öyrənilməsi ilə bağlı icra olunan layihələr barədə təqdimat ediblər.

Son xəbərlər

Orphus sistemi