Yuxarı

DANX sabahdan kimlərin taksi işləyəcəyini açıqladı

DANX sabahdan kimlərin taksi işləyəcəyini açıqladı

1623

"Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə sərnişin daşınmasına icazə veriləcək".

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Belə ki, xidmət tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə mart ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər.

"Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müvafiq qaydada həmin şəxslər haqqında məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır" - deyə, o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi