DANX: Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şikayətlər dayanıb

DANX: Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şikayətlər dayanıb Bakı. 21 avqust. REPORT.AZ/ Son 1 ayda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) avtobus sürücülərinin biletləri kassadan alaraq vətəndaşları baha satması ilə bağlı şikayət daxil olmayıb. Kompleksdən şikayətlər dayanıb.
İnfrastruktur
21 Avqust , 2018 16:15
DANX: Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şikayətlər dayanıb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ "Son 1 ayda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) avtobus sürücülərinin biletləri kassadan alaraq vətəndaşları baha satması ilə bağlı şikayət daxil olmayıb. Kompleksdən şikayətlər dayanıb". 

Bunu "Report"a açıqlamasında Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu məsələdə Kompleksdəki kassaların gözləmə zalının yaxınlığına keçirilməsi də rol oynayıb. Bundan başqa, BBAK da daxil olmaqla ölkədəki 60 avtovağzalın hər birində DANX-nin nümayəndələri bilet satışını müşahidə edir və qanunsuz halların qarşısı dərhal alınır: "Sürücülərin bilet satması ilə bağlı problem Bakıda 100%, regionlarda isə 70% həllini tapıb". 

Son xəbərlər

Orphus sistemi