Bakıda daha iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib

Bakıda daha iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib Yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib
İnfrastruktur
25 May , 2015 17:30
Bakıda daha iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib

Bakı. 25 May. REPORT.AZ/ Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar bağlanan 2-ci Alatava küçəsi yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Bu barədə "Report"a "Azəryolservis"in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təmir işləri nəticəsində küçənin 6 750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa, yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsi ilə “Şamaxinka” adlanan ərazi arasında yerləşir.

Digər təmir olunan yol Ziya Bünyadov prospekti ilə Hüseyn Seyidzadə küçəsi arasında yerləşən Eldar Babayev küçəsidir. 1 100 metr uzunluğunda, 10 metr enində olan küçənin mövcud asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Küçənin 11 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Artıq bu küçə də təmirdən sonra sürücülərin ixtiyarına verilib.

Son xəbərlər

Orphus sistemi