Daha bir marşrut üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir

Daha bir marşrut üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda 31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
İnfrastruktur
21 Noyabr , 2017 15:28
Daha bir marşrut üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda 31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək: “Dəyişiklik edilməsinə səbəb qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”.

Qeyd edək ki, qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

Son xəbərlər

Orphus sistemi