​Daha bir ərazidə “Oyunlar zolağı”nın yeri dəyişdirilib

​Daha bir ərazidə “Oyunlar zolağı”nın yeri dəyişdirilib Digər istiqamətdə isə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq “Oyunlar zolağı” ləğv edilib
İnfrastruktur
6 İyun , 2015 18:06
​Daha bir ərazidə “Oyunlar zolağı”nın yeri dəyişdirilib

Bakı. 6 iyun. REPORT.AZ/ Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş “Oyunlar zolağı”nın yeri dəyişdirilib.

"Report"un verdiyi xəbərə görə, dəyişiklik yalnız Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə “Oyunlar zolağı” yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

Qeyd edək ki, bundan öncə analoji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən “20 Yanvar” tunelindən keçməklə “20 Yanvar” dairəsi istiqamətində olan yolda atılıb.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir dəyişiklik Tbilisi prospektinin Avdulvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündən “20 Yanvar” dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq “Oyunlar zolağı” ləğv edilib.

Son xəbərlər

Orphus sistemi