​Daha 2 "Stadler" qatarı yaxın vaxtlarda Azərbaycana göndəriləcək

​Daha 2 "Stadler" qatarı yaxın vaxtlarda Azərbaycana göndəriləcək Azərbaycan qatarların 3 ədədini artıq əldə edib
İnfrastruktur
15 Aprel , 2016 02:01
​Daha 2 Stadler qatarı yaxın vaxtlarda Azərbaycana göndəriləcək

Bakı. 15 aprel. REPORT.AZ/ İsveçrə istehsalı olan ikimərtəbəli daha 2 "Stadler" qatarı yaxın vaxtlarda Azərbaycana göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə "Stadler Rail" konserninin mətbuat xidmətinin rəhbəri Marina Vinder məlumat verib.

O bildirib ki, Rusiya üçün nəzərdə tutulmuş 5 qatar artıq Azərbaycana satılıb.

" "Azərbaycan Dəmir Yolları" QSC onlardan 3 ədədini artıq əldə edib. Daha 2 qatar isə yaxın vaxtlarda göndərilməyə hazırlanır. "Azərbaycan Dəmir Yolları" öz sifarişini ölkədə keçirilən Avropa Oyunları çərçivəsində sərnişin daşımalarının təmin edilməsi üçün təcili surətdə vermişdi", - deyə o əlavə edib.

Cari ilin fevral ayında şirkətin İdarə Heyətinin sədri və sahibi Peter Şpuler daha 5 qatarın Azərbaycana satılma ehtimalı olduğunu dilə gətirmişdi.

Son xəbərlər

Orphus sistemi