Yuxarı
    Bağlamaq

    Çobanzadə küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

    Sürücülərdən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur

    Bakı. 1 aprel. REPORT.AZ/ Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq aprelin 2-də səhər saatlarından Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

    "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması B.Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri ilə kəsişməsi arasında yerləşən 780 metrlik hissəsində təmir işləri bitənədək tətbiq olunacaq.

    Sürücülərdən aparılacaq təmir işlərini nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi