Avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühüm addımlar atılır.
“Azəriqaz”ın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür.
Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün sabah saat 10:00-dan etibarən Xətai rayonunun bir hissəsində qaz təchizatının müvəqqəti dayandırılmasına zərurət yaranıb.