Yuxarı

Çində son günlər təxirə salınmış uçuşların sayı açıqlanıb

Çində son günlər təxirə salınmış uçuşların sayı açıqlanıb

68

Çində koronavirusun yayılması səbəbindən hava nəqliyyatındakı sərnişin axını ikiqat azalıb.

“Report” “China News”ə istinadən xəbər verir ki, bununla bağlı yanvarın 20-dən fevralın 13-dək, yəni Yeni il tətili zamanı ölkənin hava yolu şirkətləri 78 min uçuşu ləğv edərək 13 milyon bileti geri qaytarıblar.

Bu barədə bildirən Çinin Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının (SASAC) sədr müavini Ren Honqbin yaranmış vəziyyətə görə turizm sektorunda çalışan bütün şirkətlərə ziyan dəydiyini diqqətə çatdırıb. Belə ki, turizmə gətirilən məhdudiyyətlər üzündən ölkənin bir çox turizm məkanları, hotellər və ticarət mərkəzləri fəaliyyətini dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi