Yuxarı

Çin ABŞ-dan 300 ədəd "Boeing" təyyarəsi alır

Sifarişin ümumi dəyəri 38 mlrd. dollardır

Bakı. 24 sentyabr. REPORT.AZ/ Çin şirkətlərinin bir qrupu ABŞ-ın “Boeing” Korporasiyası ilə müqavilə imzlayıb.

“Report” xarici mediaya istinadən bildirir ki, şirkətlər qrupu 38 mlrd. dollar dəyərində 300 sərnişin layneri sifariş verib. Razılaşma Çin Kommunist Partiyasının sədri Si Tsinpinin ABŞ-a rəsmi səfəri zamanı əldə olunub.

Müqaviləyə əsasən, şirkət Çin üçün 250 ədəd tək dəhlizli, 50 ədəd isə geniş gövdəli təyyarə tədarük edəcək. Sentyabrın 23-də Çinin İCBC lizinq şirkəti dəyəri 2,88 mlrd. dollar olan 30 ədəd “Boeing 737-800” laynerinin çatdırılması üçün müqavilə bağlayıb. Qeyd olunub ki, şirkət bir müddət əvvəl “Boeing-737” laynerinin istehsalı üçün Çində zavod açmaq istəyib, lakin daha sonra müəssisə açılarsa, burada təyyarənin yalnız son, montaj və rəngləmə işlərinin görülməsi qərara alınıb.

Ehtimal edilir ki, Çin “Boeing”in istehsal gücünü artırmağa kömək edəcək. Hazırda istehsalçı şirkət ay ərzində 42 ədəd dünyada ən çox yayılmış model olan “Boeing-737” layneri istehsal edir və tezliklə bunu 60-a çatdırmaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi