Yuxarı

Çin 5G ilə bağlı məsələnin siyasiləşdirilməsinə qarşı çıxır

Çin 5G ilə bağlı məsələnin siyasiləşdirilməsinə qarşıdır

Çin xarici ölkələrdə Çin texnologiyaları əsasında 5G mobil rabitə şəbəkəsinin qurulması məsələsinin siyasiləşdirilməsinə qarşı çıxır.

“Report” RTHK-ya istinadən xəbər verir ki, bu barədə ölkənin sənaye və informasiya texnologiyaları naziri Miao Vei mətbuat konfransı zamanı bildirib.

“Texnologiyalarla bağlı məsələnin siyasiləşdirilməsinə etirazımızı bildiririk. Çin texnologiyalarından istifadə etdikdə guya milli təhlükəsizliyə hansısa təsiri olacağı barədə söhbətləri şişirtmə hesab edirik, əslində belə şey qeyri-mümkündür”, - deyən çinli nazir xaricdə 5G şəbəkəsinin qurulması ilə bağlı xarici hökumətlərin idarə və müəssisələri ilə əməkdaşlıq mexanizmi yaradılmasında maraqlı olduqlarını da dilə gətirib.

Xatırladaq ki, yanvarın 14-də BBC-nin yaydığı xəbərə görə, ABŞ hökuməti 5G şəbəkəsinin infrastrukturunda “Huawei” şirkətinin texnologiyalarını milli təhlükəsizliyə xələl gətirmədən istifadə etməyin mümkünlüyü barədə Böyük Britaniya kəşfiyyatının verdiyi rəyi şübhə altına qoyan sənədləri qarşı tərəfə təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi