Yuxarı
    Bağlamaq

    Cənub-Qərb nəqliyyat marşrutu ölkələri logistika məhsulu yaradacaq

    Bu zərurəti dəmir yolu rəhbərlərinin Bakıda keçirilən görüşündə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov qeyd edib© Report.az

    Bakı. 19 iyun. REPORT.AZ/ Cənub-Qərb nəqliyyat marşrutunun inkişafı üçün Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa yeni logistika məhsulu yaratmalıdır.

    "Report" xəbər verir ki, bunu qeyd edilən ölkələrin dəmir yolu rəhbərlərinin Bakıda keçirilən beştərəfli görüşündə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

    "Biz bu istiqamətdə imkanları araşdırmalı, mövqelərimizi yaxınlaşdırmalı, bu dəhlizin daha cəlbedici və tələbatlı olması üçün çalışmalıyıq. Çünki bunun üçün kommunikasiya imkanlarımız, istəyimiz və ən əsası siyasi iradəmiz var", - deyə C.Qurbanov əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi