​“Cənub Qaz Dəhlizi” layihəsinin dəyərinin ¼-i ilə bağlı müqavilələr bağlanıb

​“Cənub Qaz Dəhlizi” layihəsinin dəyərinin ¼-i ilə bağlı müqavilələr bağlanıb Prezident: "Almaniya şirkətlərinin burada iştirakı üçün böyük potensial var"
İnfrastruktur
8 İyun , 2016 23:23
​“Cənub Qaz Dəhlizi” layihəsinin dəyərinin ¼-i ilə bağlı müqavilələr bağlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri 45 milyard dollardır və məndə olan məlumata görə, bu məbləğin dörddəbiri ilə bağlı müqavilələr bağlanıb.

"Report" xəbər verir ki, bu barədə Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev məlumat verib.

"Mən şadam ki, Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir. Əlbəttə ki, mən ölkəmizdə daha çox alman şirkətinin fəaliyyət göstərməsini istəyirəm. Onlar podratçı olaraq Azərbaycanın inkişafı üçün çox əhəmiyyətli layihələr həyata keçirirlər. Əlbəttə ki, Azərbaycandakı yaxşı investisiya mühitini və siyasi mühiti nəzərə alaraq, biz onları həm də investor kimi görmək istəyirik. Düşünürəm ki, mənim qeyd etdiyim sahələr ən cəlbedici olacaq. Yeri gəlmişkən, “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri 45 milyard dollardır və məndə olan məlumata görə, bu məbləğin dörddəbiri ilə bağlı müqavilələr bağlanıb. Almaniyanın mühəndislik, tikinti və avadanlıq istehsal edən şirkətlərinin burada iştirakı üçün böyük potensial var. Nəqliyyat, yüksək texnologiyalar, kosmik sənaye, turizm, təhsil - bütün bu sahələr bizim üçün prioritetdir və ümidvaram ki, bu Forumun nəticələri ölkələrimiz arasında təkcə iqtisadi sahədə deyil, həyatımızın digər bütün sahələrində əməkdaşlığın genişlənməsinə yol açacaq", - deyə prezident bildirib.

Dövlət başçısı sonda Azərbaycanın forumdan yaxşı nəticələr gözlədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi