Yuxarı

Cənub İpək Yolu üzrə yüklərin çatdırılma vaxtı 10 sutkaya qədər azaldıla bilər

Daşınmanın müddətinin azaldılması optimallaşdırılma və sinxronlaşdırılma sayəsində təmin ediləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Yeni konteyner marşrutu olan Avropa İttifaqı - Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin ("Cənub İpək Yolu") üzrə yüklərin çatdırılma vaxtı 10 sutkaya qədər azaldıla bilər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna dəmir yollarının Kommersiya İşləri Departamentinin rəhbərinin birinci müavini İvan Xoryakov məlumat verib.

"Test rejimində növbəti qatarı xəttə buraxanda artıq məqsədimiz yolda vaxta qənaət olacaq. Yük daşınmasının 10 sutkaya qədər azaldılmasının real imkanlarını görürük", - deyə İ.Xoryakov bildirib.

Onun sözlərinə görə, daşınmanın müddətinin azaldılması qatarların buraxılması texnologiyasının optimallaşdırılması və dəniz və dəmir yolu məntəqələrinin işinin sinxronlaşdırılması sayəsində təmin ediləcək.

Qeyd edək ki, hazırda Cənub İpək Yolu üzrə yüklərin mənzil başına çatdırılması 12 gün çəkir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi