Yuxarı
    Bağlamaq

    ​Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Assambleyasının iclası keçirilib

    Tədbirdə Azərbaycanla bağlı 4 illik Fəaliyyət Planı qəbul edilib

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Cenevrədə (İsveçrə) keçirilmiş Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv dövlətlərinin Assambleyasının 54-cü iclasında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Tədbirdə ÜƏMT-nin baş direktorunun hesabatı, ÜƏMT-nin Regional Qrupları, həmçinin bir sıra üzv dövlətlərin çıxışları, həmçinin ÜƏMT-nin Nəzarət üzrə Müstəqil Məsləhətçi Komitəsi, Proqram və Büdcə Komitəsi, İnkişaf və Əqli Mülkiyyət üzrə Komitəsi və s. komitələrin hesabatları dinlənilib.

    Assambleyanın iclası ərzində Azərbaycan nümayəndə heyəti ilə İranın nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Görüşdə bu ilin iyunun 16-da İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Sənaye Mülkiyyəti üzrə Əlaqələndirmə Komitəsinin Bakıda təşkil olunmuş II iclasının yekunları müzakirə edilib və sənaye mülkiyyətinin mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Azərbaycan nümayəndə heyəti ilə ÜƏMT-nin baş direktoru Frensis Qarri ilə ikitərəfli görüşdə isə F.Qarrinin bu ilin may ayında Bakıya rəsmi səfərinin yekunları müzakirə edilib, bu səfər ərzində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasının təmin olunması məqsədilə hazırlanmış və aparılmış danışıqlar vasitəsilə qarşılıqlı surətdə razılaşdırılmış “2014-2017-ci illər üzrə Fəaliyyət Planı” qəbul edilib. Həmçinin, bu Fəaliyyət Planı əsasında nəzərdə tutulan müvafiq tədbirlərin təşkilinə dair ÜƏMT-nin müvafiq mütəxəssisləri ilə görüş keçirilib ve adiçəkilən Fəaliyyət Planı çərçivəsində 2015-ci il üçün planlaşdırılan tədbirlər dəqiqləşdirilib. Bundan əlavə, Assambleya zamanı Azərbaycan numayəndə heyətinin ÜƏMT-nin Akademiyasının direktoru və Bitkilərin Yeni Növlərinin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın (UPOV) mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirilib və bu sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Assambleya zamanı ÜƏMT-nin İnnovasiya Strukturları sektorunun mudiri ilə də görüş olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi