Cəlilabadda sahibkarlığın inkişafı, məhsul istehsalının artırılması müzakirə olunub

Cəlilabadda sahibkarlığın inkişafı, məhsul istehsalının artırılması müzakirə olunub Kərəm Həsənov rayonda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb
İnfrastruktur
10 Fevral , 2016 15:54
Cəlilabadda sahibkarlığın inkişafı, məhsul istehsalının artırılması müzakirə olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bu gün Cəlilabad rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb. “Report” Komitəyə istinadən xəbər verir ki, görüşdə rayonunun inkişafı və bu il həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.

Görüşdə çıxış edən K.Həsənov qeyd edib ki, bu il qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Onun sözlərinə görə, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq: “Ölkəmizdə iqtisadiyyatın daha da gücləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. 2015-ci ildə bütün sosial proqramlar icra edilib və heç bir proqram ixtisar edilməyib”.

K.Həsənov vurğulayıb ki, 2015-ci ildə rayonda 188,7 min ton dənli və dənli paxlalılar istehsal edilib: “O cümlədən 55 min ton taxıl, 24 min ton arpa,1,1 min ton tərəvəz, 254 ton bostan, 1,4 min ton meyvə, 4 min ton qarğıdalı, 1,1 min ton günəbaxan,1,7 min ton qarğıdalı istehsal olunub. Rayonda kartofçuluğun və çiyələk istehsalının artırılması üçün lazımı şərait yaradılıb. Keçən ildə 85,6 min ton kartof istehsal edilib, rayon üzrə çiyələk əkini sahələri 195 hektara çatdırılıb. Bu sahələrdən 2 150 ton yüksək keyfiyyətli çiyələk yığılaraq Respublika ərazisində satılıb”.

Görüşdə bir neçə sahibkar Cəlilabad rayonunda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sahibkarlığa göstərilən dəstəyin və imkanların artırılması barədə fikir və təkliflərini deyiblər. Eyni zamanda, digər ictimaiyyət nümayəndələrinin də təklif və müraciətləri dinlənilib. Rayonda sahibkarlığın inkişafı, məhsul istehsalının artırılması, sosial-iqtisadi sahədə yeni tədbirlərin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi