Cəfər Xəndan küçəsinin daha bir hissəsi təmir olunur

Cəfər Xəndan küçəsinin daha bir hissəsi təmir olunur Hazırda yeni yeraltı kommunikasiya xəttinin çəkilişi işləri aparılır
İnfrastruktur
28 Dekabr , 2016 14:38
Cəfər Xəndan küçəsinin daha bir hissəsi təmir olunur

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsinin daha bir hissəsi təmir  edilir.  "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərə görə, təmir aparılan ərazi C.Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 350 metrlik hissəsidir. Küçənin eni bu hissədə 16 metr təşkil edir.

Hazırda küçənin bu hissəsində yeni yeraltı kommunikasiya xəttinin çəkilişi işləri aparılır. Daha sonra yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeni xətt çəkilərək yağış barmaqlıqları qoyulacaq.

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunacaq, mövcud piyada səkiləri isə bərpa olunacaq. Ümumilikdə, küçənin həmin hissəsində 5 500 kv. metr sahəyə yeni asfalt-beton örtük döşənəcək, piyada səkilərinin kənarlarına isə 700 poqon metr yeni səki daşları düzüləcək.

Qeyd edək ki, bundan öncə C.Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu hissələr müasir görkəmdə təmir edilərək, hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Növbəti mərhələdə son olaraq küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi