“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdədir

“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdədir Hazırda gəmidə gövdə-qaynaq işləri həyata keçirilir
İnfrastruktur
29 İyun , 2017 18:09
“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdədir

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “Report”a verilən məlumata görə, teploxodun bütün maşın və mexanizmləri təmir olunub. Hazırda gəmidə gövdə-qaynaq işləri həyata keçirilir. Təmir prosesinin növbəti mərhələlərində gəminin anbarları modernizasiya olunacaq, ikinci gövdə qatı tikiləcək.

Gəminin uzunluğu 123.50, eni 15 metrdir. Teploxodun maksimal sürəti 11.7 uzeldir.

Xatırladaq ki, “Cəfər Cabbarlı” gəmisinin məxsus olduğu Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.

Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir.

Son xəbərlər

Orphus sistemi