Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq

Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq Stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb
İnfrastruktur
14 Dekabr , 2016 09:53
Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq.

“Report”un xəbərinə görə, bunu "Bakı Metropliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. 

O deyib ki, stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb. 

Qeyd edək ki, dekabrın 7-dən Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bağlanmışdı. 

Son xəbərlər

Orphus sistemi