Cavid Qurbanov: "Rəşt-Astara dəmiryolunun şərtləri razılaşdırıldıqdan sonra tikintisinə başlanacaq"

Cavid Qurbanov: "Rəşt-Astara dəmiryolunun şərtləri razılaşdırıldıqdan sonra tikintisinə başlanacaq" "Kreditin şərtləri var"
İnfrastruktur
1 Aprel , 2017 15:11
Cavid Qurbanov: Rəşt-Astara dəmiryolunun şərtləri razılaşdırıldıqdan sonra tikintisinə başlanacaq
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov / Report

Bakı.1 aprel.REPORT.AZ/ "Azərbaycan tərəfi Rəşt-Astara dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsinə kömək etməyə hazırdır".

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Bunu Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında bəyan edib. Amma burada kreditlərin şərtləri var. Bu şərtlər razılaşdırıldıqdan, qaydalar müəyyənləşdirildikdən sonra vəsait ayrılacaq və tikinti işlərinə başlanılacaq. Bu, bizim görəcəyimiz işlərdir. Onlar isə torpaqları almalı, texniki şərtlərinə uyğun layihələr hazırlamalıdırlar. Bu işlər hazır olduqdan sonra tikintiyə başlanacaq".

Son xəbərlər

Orphus sistemi