Cavid Qurbanov: “Bu qatarla Türkiyəyə qədər gedəcəyik”

Cavid Qurbanov: “Bu qatarla Türkiyəyə qədər gedəcəyik” Gəncə. 29 dekabr. REPORT.AZ/ “Biz işimizi vicdanla yerinə yetirməyə çalışdıq”.
İnfrastruktur
29 Dekabr , 2018 13:25
Cavid Qurbanov: “Bu qatarla Türkiyəyə qədər gedəcəyik”
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov / Report/ Firi Salim

Gəncə. 29 dekabr. REPORT.AZ/ “Biz işimizi vicdanla yerinə yetirməyə çalışdıq”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə sürət qatarının hərəkətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

O, bu reysi böyük hadisə adlandıraraq rəhbərlik etdiyi qurumun planlarının bununla yekunlaşmadığını qeyd edib: “Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik".

Sədr tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək arzularını çatdırıb: “Arzu edirəm ki, biz bu qatarla Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedək. Biz o dığalara Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik".

Tədbirdə həmçinin Gəncə hadisələrində şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin oğlu İham Balakişiyev çıxış edib. ADY-nin əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi