Yuxarı

Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikinti işlərinin 85%-i yekunlaşıb"

Hazırda tikinti ərazisində 20-22 dərəcə şaxta olsa da, yerli mühəndislərimiz tikinti işlərini davam etdirir

Bakı. 14 yanvar. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikinti işlərinin 85%-i yekunlaşıb". "Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. 

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə marşrutun tam istifadəyə verilməsi üçün yalnız yekun işlər görülür: "Dəmiryolu xətti Bakıdan Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə qədər gedəcək. Azərbaycanla Türkiyəni birləşdirəcək bu dəmiryolunun uzunluğu 183 km-dir. Artıq bu yolda sınaq keçirilib. Demək olar ki, Azərbaycan tərəfinin nəzarət etdiyi yol istismara hazırdır. Amma yenə də biz yanacaqla işləyən lokomotivlə həmin yolda hərəkəti təmin edə bilərik. Hətta yükdaşımaların həyata keçirilməsi də mümkündür. Axalkalakiyə qədər maye formasında olmayan, yığılması mümkün olan yüklər daşına bilər. Dünyada baş verən iqtisadi böhran tikinti işlərinə maneçilik yaratmayıb. Dövlət başçısının göstərişi ilə bu layihə üçün Neft Fondundan maliyyə vasaiti ayrılıb. Hazırda tikinti ərazisində 20-22 dərəcə şaxta olsa da, yerli mühəndislərimiz tikinti işlərini davam etdirir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi