Yuxarı
    Bağlamaq

    Cavid Qurbanov: "Bakı-Sumqayıt elektrik qatarında qiymətin artırılmasına əlim gəlmirdi"

    Bakı-Sumqayıt istiqamətində dəmir yolu ilə 1 sərnişinin daşınması ADY-yə 3 manata başa gəlir© Report.az

    Bakı. 31 mart.REPORT.AZ/ "Bakı-Sumqayıt sərnişin qatarının gediş tariflərində cüzi artım olub. Düzü, qiymət artımına əlim gəlmirdi, ancaq məndən asılı olmayan səbəblər də var".

    Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Cavid Qurbanov martın əvvəlində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində baş vermiş qiymət artımına münasibət bildirərkən deyib. 

    "Bakı-Sumqayıt istiqamətində dəmir yolu ilə 1 sərnişinin daşınmasının maya dəyəri 3 manat təşkil edir. Tarif artımı isə minimal olub. Əhalini də çox yaxşı başa düşürük. Doğrusu, qiymət artımının olmasına əlim gəlmirdi. Lakin xərclərimiz çoxdur, məndən asılı olmayan səbəblər də var. Məsələn, enerji haqqının məbləği yüksəlib və s. Ucuz qiymət olduqda da göstərilən xidmət keyfiyyətsiz olur. Mən isə yaxşı xidmət göstərmək istəyirəm", - deyə C.Qurbanov əlavə edib. 

    Xatırladaq ki, martın 3-dən etibarən xidmət xərclərinin balanslaşdırılması məqsədilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı Tarif Şurası tərəfindən hər xidmət sinfi üzrə 20 qəpik artırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi