Cavid Qurbanov: "Bakı-Gəncə sürət qatarında bəzi yerlər bahadır, belə də olmalıdır"

Cavid Qurbanov: "Bakı-Gəncə sürət qatarında bəzi yerlər bahadır, belə də olmalıdır" Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik.
İnfrastruktur
29 Dekabr , 2018 10:07
Cavid Qurbanov: Bakı-Gəncə sürət qatarında bəzi yerlər bahadır, belə də olmalıdır

Bakı. 29 dekabr. REPORT.AZ/ "Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik".

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, qatarda xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Burada Biznes-klass yerlər var. Bu bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-fi sistemi təkmilləşdiriləcək".

C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi