Yuxarı

​Cavid Qurbanov: "Azərbaycan və İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisi ilə bağlı danışıqlar aparır"

İki ölkənin irimiqyaslı infrastruktur işləri həyata keçirməsi nəzərdə tutulub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Yaxın vaxtlarda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin layihə - tikinti işlərinə başlanılması nəzərdə tutulub. Layihə ilə bağlı hazırda iki ölkə arasında danışıqlar aparılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib .

O, bildirib ki, ümumilikdə, Azərbaycan tərəfindən dəmir yolunun Azərbaycana aid 8,3 km-lik hissəsinin, İran tərəfdən isə bu ölkəyə aid 2 km-ə yaxın hissəsinin tikintisi nəzərdə tutulur: "Həmçinin İran tərəfindən yük terminalının da tikilməsi planlaşdırılır".

Qeyd edək ki, hazırda Azərbaycan və İran arasında yükdaşımaları avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu daşımaların həcmi 600 min tona yaxındır. Azərbaycan və İran dəmir yolu xətləri birləşdirildikdən sonra yükdaşımaların həcminin dəfələrlə artması, birinci mərhələdə 5 mln. tona, ikinci mərhələdə isə 10 mln. tona çatdırılması gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi