Cavid Quliyev: "Dəhlizlər Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşımalarını artırmağa imkan verəcək"

Cavid Quliyev: "Dəhlizlər Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşımalarını artırmağa imkan verəcək" Rusiya-İran, Rusiya-Gürcüstan və Rusiya-Türkiyə istiqamətində də taxıl daşımaları daha perspektivli ola bilər
İnfrastruktur
10 Oktyabr , 2016 13:11
Cavid Quliyev: Dəhlizlər Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşımalarını artırmağa imkan verəcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiyanın "Rusaqrotrans" QSC və "Azərbaycan Dəmir Yolları" QSC-nin birgə yaratdığı "Azrustrans" müştərək müəssisəsi Azərbaycanda yenidən qurulmuş nəqliyyat marşrutları, habelə Bakı-Tbilisi -Qars və Şimal-Cənub dəhlizləri, həmçinin Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında dəmir yolu ilə daşımaların həcmini artırmağa imkan verəcək.

"Report" xəbər verir ki, bunu Bakıda "Azrustrans" şirkətinin təqdimatı zamanı şirkətin rəhbəri Cavid Quliyev deyib. 

"Rusiya-İran, Rusiya-Gürcüstan və Rusiya-Türkiyə istiqamətində də taxıl daşımaları daha perspektivli ola bilər", - deyə C.Quliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi