​Cavaxişvili: "Azərbaycan Gürcüstanın avtobanından istifadəyə görə ödəniş etməlidir"

​Cavaxişvili: "Azərbaycan Gürcüstanın avtobanından istifadəyə görə ödəniş etməlidir" "Böyük borcun ödənilməsinin yeganə mənbəyi bu olmalıdır"
İnfrastruktur
25 Aprel , 2016 22:25
​Cavaxişvili: Azərbaycan Gürcüstanın avtobanından istifadəyə görə ödəniş etməlidir

Bakı. 25 aprel. REPORT.AZ/ "Gürcüstandakı mərkəzi avtoban ödənişli olmalıdır".

"Report" "Biznes-Qruziya"ya istinadən xəbər verir ki, bu fikri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili söyləyib.

O hesab edir ki, Gürcüstan Çin, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və digər ölkələr üçün unikal yollar çəkə biləcək dövlətlərdən deyil. Onun fikrincə, bu dövlətlər sözügedən yoldan istifadəyə görə ödəniş etməlidirlər.

"Əgər bir nazir kimi məndən soruşsanız, deyərəm ki, o, mütləq ödənişli olmalıdır, daha artığını deyim, ümumiyyətlə bu avtoban əvvəldən axıradək ödənişli olmalıdır. Qoy bu, gürcüləri qorxutmasın, çünki biz "İpək yolu"nun tərkib hissəsiyik. Bu avtobanın böyük hissəsindən əcnəbilər istifadə etməlidir. Biz Çin, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və digər ölkələr üçün unikal yollar çəkə biləcək dövlətlərdən deyil. Onlar bu yoldan istifadəyə görə, ödəniş etməlidirlər və dövlətin hazırda mövcud olan böyük borcunun bağlanmasının yeganə mənbəyi bu olmalıdır", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi