​Cari ilin yanvar ayında 137 mln. nəfər sərnişin daşınıb

​Cari ilin yanvar ayında 137 mln. nəfər sərnişin daşınıb Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 4% artıb
İnfrastruktur
17 Fevral , 2015 10:29
​Cari ilin yanvar ayında 137 mln. nəfər sərnişin daşınıb

Bakı. 17 fevral. REPORT.AZ/ Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 17,2 mln. ton yük və 137,6 mln. nəfər sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 3,2%, sərnişin daşınması 4,1% artıb. Yük daşınması avtomobil nəqliyyatı ilə 2,7% hava nəqliyyatı ilə 16,4%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8%, metro ilə 5,6%, hava nəqliyyatı ilə 3,0% artıb.

Son xəbərlər

Orphus sistemi