“Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabilet satışına başlayıb

“Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabilet satışına başlayıb Gəncədən Moskvaya ("Vnukovo" hava limanı) olan reyslərə də aviabiletlər var
İnfrastruktur
21 İyul , 2017 15:14
“Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabilet satışına başlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ “Buta Airways” aşağı büdcəli aviaşirkətin rəsmi saytında qış uçuş cədvəli üzrə (oktyabrın 29-dan martın 29-dək) aviabiletlər satışa çıxarılıb. 

Bu barədə “Report”a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Qış uçuş cədvəli üzrə Bakıdan İstanbula (Sabiha Gökçən hava limanı) və Sankt-Peterburqa, həmçinin Gəncədən Moskvaya ("Vnukovo" hava limanı) olan reyslərə aviabilet satışına başlanılıb.

Qeyd edək ki, aviaşirkət sentyabrın 1-dən Bakıdan Moskva ("Vnukovo" hava limanı), Kiyev (“Julyanı” hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək.

Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

Son xəbərlər

Orphus sistemi