"Buta Airways" Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edib

"Buta Airways" Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edib Azərbaycanın aşağı büdcəli aviaşirkəti Buta Airways Gürcüstanın hava məkanından istifadənin məhdudlaşdırılması ilə əlaqədar Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edib.
İnfrastruktur
23 İyul , 2019 15:31
Buta Airways Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edib

Azərbaycanın aşağı büdcəli aviaşirkəti "Buta Airways" Gürcüstanın hava məkanından istifadənin məhdudlaşdırılması ilə əlaqədar Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumata görə, gələn ay bəzi uçuşlar aşağıda göstərilən qrafikə uyğun olaraq həyata keçiriləcək.

3-9 avqust (yerli vaxtla):

J2 9223 (Bakı-Tbilisi) – Uçuş: 11:10, Enmə: 12:20
J2 9224 (Tbilisi-Bakı) – Uçuş: 13:20, Enmə: 14:30

3-5 avqust (yerli vaxtla):
J2 9225 (Bakı-Tbilisi) – Uçuş: 23:10, Enmə: 00:20

Son xəbərlər

Orphus sistemi