Deputat: “Azərbaycanda parklanma normal meyarlar əsasında aparılmır”

Deputat: “Azərbaycanda parklanma normal meyarlar əsasında aparılmır” “Azərbaycanda parklanma normal meyarlar əsasında aparılmır”.
İnfrastruktur
17 May , 2019 12:52
Deputat: “Azərbaycanda parklanma normal meyarlar əsasında aparılmır”

“Azərbaycanda parklanma normal meyarlar əsasında aparılmır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib. 

"Təbii ki Azərbaycanda parklanmadan toplanan vəsaitlərin böyük əksəriyyəti dövlət büdcəsinə daxil olmur. Bu sahədə özbaşınalıqlar var", - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda hava limanında və avtovağzalda giriş üçün ödəniş edilir. 

"Avropada belə şey yoxdur. İnsanlar 20-30 dəqiqə içəri daxil olub çıxırsa ondan ödəniş alınmır. Bizdə 10 dəqiqəliyə də daxil olanda ödəniş edilir. Bu hansı meyara uyğun gəlir? Hava limanına metro yoxdur, vətəndaş bura taksi ilə gəlir. Heç olmasa bu istiqamətdə vətəndaşın problemini həll etmək lazımdır. Əgər 24 saatdan artıq qalarsa tənbeh tətbiq etmək olar”, - F.Mustafa bildirib.

Son xəbərlər

Orphus sistemi