Yuxarı

Bu ilin yanvarında sərnişindaşımada daha çox avtomobildən istifadə olunub

Əhalinin 87%-i bu nəqliyyat vasitəsindən istifadə edib

Bakı. 17 fevral. REPORT.AZ/ Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar ayı ərzində 16,7 mln. ton yük və 141,4 mln. sərnişin daşınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,3%, sərnişin daşınması isə 2,7% artıb. 

Statistika Komitəsindən "Report"a verilən məlumata görə, yüklərin 57,1%-i avtomobil, 31,3%-i boru kəməri, 7,7%-i dəmir yolu, 3,8%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 87,0%-i avtomobil, 12,8%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi