Dörd ayda dəmir yolu ilə 1 mln. sərnişin daşınıb

Dörd ayda dəmir yolu ilə 1 mln. sərnişin daşınıb Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-aprel ayıları ərzində 4,7 mln. ton yük, 1,0 mln. sərnişin daşınıb.
İnfrastruktur
18 May , 2019 15:50
Dörd ayda dəmir yolu ilə 1 mln. sərnişin daşınıb

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-aprel ayıları ərzində 4,7 mln. ton yük, 1,0 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,5%, sərnişin daşınmasında isə 19,9% artım müşahidə olunub.

Orta hesabla sutkada 269 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,4 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi