Bu ilin yanvar-fevral aylarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib.
“Report” bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (özəl sektor) yerinə yetiriblər.