Bu il Azərbaycanda sement istehsalı 20% azalıb

Bu il Azərbaycanda sement istehsalı 20% azalıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,9% azalaraq 82 mln manat təşkil edib.
İnfrastruktur
25 Mart , 2020 14:57
Bu il Azərbaycanda sement istehsalı 20% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,9% azalaraq 82 mln manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk iki ayında ölkədə 410,6 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 19,8% azdır.

Bu ilin yanvar-fevral aylarında ölkədə 25,9 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 5,5% azdır. Bu ilin yanvar-fevral aylarında tikinti kərpicinin istehsalı 2,2% artaraq 70,7 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 2,3 dəfəartaraq 0,7 min ton olub. Yanvar-fevral aylarında tikinti əhənginin istehsalı 14% azalaraq 4,9 min ton təşkil edib.

Yanvar-fevral ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 10,9 min tonolaraq, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 62% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 10,7% artaraq 9,3 min kubmetr təşkil edib.

Ötən iki ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 22,6% artaraq 1 768,5 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 13,7% artaraq 225,8 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi