Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda 9 minə yaxın fərdi yaşayış evi tikilib

    Şəxsi evlərin 97%-ni ölkə vətəndaşları öz pulu ilə tikib

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1 228,7 min kv.m. olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib.

    “Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu, ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 97,3%-ni təşkil edib.

    Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kv.m. olub.

    Fərdi yaşayış evlərinin 49,8%-i Naxçıvan MR-da, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi